Bakı. Çingiz Səfərli - Trend:
Cəbrayılda Türkiyə ilə birgə Dostluq Parkı salınacaq.
Bunu Trend-ə açıqlamasında Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib. Onun sözlərinə görə, bunun üçün Türkiyə təmənnasız olaraq Azərbaycana 1 milyon ədəd ağac tingi verəcək:
"Eyni zamanda Cəbrayılda Təlim Tədris Mərkəzi və böyük tinglik də salınacaq. Mərkəzə təlim keçmək üçün həm yerli, həm də xarici mütəxəssislər cəlb olunacaq. Burada eyni vaxtda 50-yə yaxın insanın qalması üçün şərait yaradılacaq".