...

Bu parkın yaradılmasında əməyi keçən hər kəsə təşəkkür edirəm - Polad Həşimovun qardaşı

Cəmiyyət Materials 22 İyul 2021 11:03 (UTC +04:00)
Bu parkın yaradılmasında əməyi keçən hər kəsə təşəkkür edirəm - Polad Həşimovun qardaşı

Bakı. Çingiz Səfərli - Trend:

Hər kəs Polad Həşimov kimi işində məsuliyyətli olsa, ölkəmiz inkişafı üçün daha yaxşı olar.

Trend xəbər verir ki, bunu Xətai rayonunda yerləşən Azərbaycanın Milli Qəhrəmanı, general Polad Həşimovun adına yaradılan parkın açılış mərasimində qardaşı İlham Həşimov bildirib.

O, bu təşəbbüsdə əməyi keçən hər kəsə təşəkkür edib:

"Bu parkın yaradılmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Bu parkın yaradılması Polad Həşimovun yolunu davam etdirmək deməkdir. Polad Həşimovun və digər şəhidlərin burada xatirə lövhəsinin olması hər gün parkı ziyarət edən uşaqların yaddaşına həkk olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti