...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 27 İyul 2021 15:11 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 020 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 219, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 801 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 632 349, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 686 492, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 945 857 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti