...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 4 Avqust 2021 20:07 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68 021 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 934, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 087 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 187 428, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 013 620, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 173 808 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti