...

Azərbaycanda 3 508 nəfər koronavirusa yoluxub, 13 nəfər vəfat edib

Cəmiyyət Materials 14 Avqust 2021 18:44 (UTC +04:00)
Azərbaycanda 3 508 nəfər koronavirusa yoluxub, 13 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 508 yeni yoluxma faktı qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 365 009 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 338 279 nəfər müalicə olunaraq sağalıb, 5 138 nəfər vəfat edib, aktiv xəstə sayı 21 592 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 956, ötən müddət ərzində isə ümumilikdə 4 195 064 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti