...

Bu gün atamın şəhid olduğu yaşdayam - Kəlbəcər sakini

Cəmiyyət Materials 2 Sentyabr 2021 14:03 (UTC +04:00)
Bu gün atamın şəhid olduğu yaşdayam - Kəlbəcər sakini

Kəlbəcər. Humay Ağacanova -Trend:

Bu zəfər Azərbaycanındır. Bu gün atamın şəhid olduğu yaşdayam. Onun vaxtilə daşıdığı vəzifəni daşıyıram.

Bunu Trend-in Qarabağ bürosuna müsahibəsində Kəlbəcərə səfəri zamanı polis mayoru Sənan Şükürov bildirib.

28 ildən sonra ata yurduna gəldiyini qeyd edən S.Şükürov təəssüratlarını bölüşüb: “Keçirdiyim hissləri ifadə etməkdə çətinlik çəkirəm. Həm atam üçün, həm də mənim üçün bundan böyük ali məqam ola bilməz.”

Qeyd edək ki, bir qrup Kəlbəcər sakini 28 il sonra doğma torpaqları olan Kəlbəcərə səfər ediblər.

Səfər proqramı çərçivəsində sakinlər 1993-cü il martın 31-də Kəlbəcərdəki tuneldə ermənilərin qətliam törətdiyi əraziyə gül dəstələri qoyub, Başlıbel faciəsinin baş verdiyi əraziyə baxıb, Zülfüqarlı kəndində Milli Qəhrəman Şahlar Şükürovun qəbrini ziyarət edib, eyni zamanda Günəşli kəndinə baş çəkiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti