Bu il Bakıda yol qəzalarında 80 piyada ölüb

Cəmiyyət Xəbər 11 Sentyabr 2021 10:23 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu ilin 8 ayında Bakıda baş verən yol qəzaları nəticəsində 80 nəfər ölüb, 107 nəfər xəsarət alıb

Bunu Trend-ə açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin hərəkətin təhlükəsizliyi və ictimai qurumlarla iş şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, yol qəzalarının 56,4 faizi piyadaların vurulması ilə nəticələnib.

Qeyd edək ki, respublika ərazisində bu ilin 6 ayı ərzində ölüm və xəsarətlə nəticələnən 756 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu qəzalarda 290 nəfər həlak olub, 698 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 4 (-0,5%) fakt, ölənlərin sayı 35 (-10,8%) nəfər, yaralananların sayı isə 3 (-0,4%) nəfər azalıb.

Xəbər lenti

Xəbər lenti