...

Məktəblərdə imtahanların sayı azaldıla, kurrikulum sadələşdirilə bilər - RƏSMİ

Cəmiyyət Materials 16 Sentyabr 2021 11:52 (UTC +04:00)
Məktəblərdə imtahanların sayı azaldıla, kurrikulum sadələşdirilə bilər - RƏSMİ

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda orta məktəblərdə imtahanların sayı azaldıla bilər.

Trend-in məlumatına görə, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

O bildirib ki, ola bilsin ki, imtahanlar, qiymətləndirmələr çoxdur: “Ümumtəhsildə qiymətləndirmə konsepsiyasına yenidən baxılır. Ola bilsin ki, həmin tədqiqatlar zamanı təkcə ibtidai siniflərdə deyil, digər siniflərdə də müxtəlif imtahanların sayı azaldılsın. Onların əvəzinə daha az sayda olan mərkəzləşmiş imtahanlar olsun. Növbəti illərdə kurrikulumlar daha da sadələşdiriləcək”.

O qeyd edib ki, yeni dərs vəsaitlərinin hazırlanmasında sadələşmə müşahidə olunur:

“Məsələn, biz əvvəllər Azərbaycan dilindən dilin mürəkkəb qaydalarını keçirdiksə, artıq daha çox oxuyub anlamağa, yəni dərsliklərimizi insana həyatı boyu lazım olan bacarıqlara uyğun tənzimləməyə çalışırıq”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti