Bakı. Çingiz Səfərli - Trend:
Bu il sentyabrın 15-ə qədər Bakı şəhərində 321 qəza hadisəsi qeydə alınıb.
Bunu Trend-ə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V.Əsədov bildirib ki, baş verən qəzalar nəticəsində 127 nəfər həyatını itirib, 264 nəfər isə xəsarət alıb: "Ötən illərlə müqayisədə yol nəqliyyat hadisələrinin sayında artım müşahidə olunur. Bu da müəyyən narahatlıq doğurur. Təbii ki, yol-nəqliyyat hadisələrinin sayının azalması təkcə, dövlət yol polisi əməkdaşlarından asılı deyil. Hərəkət iştirakçılarından asılı olan məqamlar da var. ”Yol hərəkəti qanun"unun tələbləri düzgün yerinə yetirilməlidir ki, yol nəqliyyat hadisəsi yaşanmasın".
Twitter:@cingizsafarli