...

Aİİ-də birinci kurs tələbələri ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 4 Oktyabr 2021 15:17 (UTC +04:00)
Aİİ-də birinci kurs tələbələri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov I kurs tələbələri ilə görüşüb.

Aİİ rektoru öncə tələbələri ali təhsil müəssisəsinə qəbul olunmaları münasibətilə təbrik edərək bildirib ki, bu onların həyatında yeni səhifədir.

A.Şirinov vurğulayıb ki, Vətənə layiqli vətəndaş, milli şüura malik, zəngin dünyagörüşlü, perspektivli mütəxəssis olmaq üçün dayanmadan çalışmaq vacibdir. O, bu semestrdən etibarən ənənəvi formada tədrisə start verildiyini qeyd edərək, pandemiya şəraitinə uyğun olaraq İnstitutda yaradılan qaydalar haqqında ətraflı bəhs edib.

Aİİ-də təhsilalanlar üçün yaradılan şəraitdən söhbət açan rektor ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Bildirib ki, İnstitut Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 9 fevral 2018-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Ali təhsil müəssisəsi yarandığı gündən etibarən tələbələrin daha yaxşı təhsil almaları üçün əlindən gələni əsirgəmir. Dövlətin verdiyi imtiyazları xüsusi vurğulayan A.Şirinov tələbələrin pulsuz dərslik, geyim və yeməkpulu ilə təmin olunmaları məsələsinə də toxunub. O, həmçinin qeyd edib ki, semestr ərzində yüksək göstəricilərə malik tələbələrimiz dövlət tərəfindən verilən təqaüddən əlavə, digər təqaüd proqramlarından da yararlana bilərlər. Bunlar ümummilli lider Heydər Əliyev adına, Şeyxülislam adına, QMİ-nin təsis etdiyi akad. Vasim Məmmədəliyev adına, Mənəvi Dəyərlərin Təbliği Fondunun təsis etdiyi təqaüdlərdir.

A. Şirinov Aİİ-də tədrisin ərəb və ingilis dillərində sərbəst mühazirə deyə biləcək müəllimlər tərəfindən aparıldığını qeyd edib.

Tədbir müzakirələrlə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti