Buster doza koronavirusa qalib gəlmək yolunda növbəti addımdır - Təyyar Eyvazov

Buster doza koronavirusa qalib gəlmək yolunda növbəti addımdır - Təyyar Eyvazov

Bakı. Trend:

Buster doza koronavirusa qalib gəlmək yolunda növbəti addımdır. İstər xəstəlik keçirəndən, istərsə də iki doza vaksin vurdurandan bir müddət sonra qanda qoruyucu anticisimlərin səviyyəsi azalır. Yəni xəstəliyə qarşı əmələ gəlmiş immunitet zəifləməyə başlayır. Vaxt amilindən başqa burada yaş faktoru da var. Yaşlıların immuniteti daha zəif olur, eyni zamanda, müxtəlif immundefisit vəziyyətləri, müxtəlif xroniki xəstəlikləri olanlarda immunitetin ilkin olaraq əmələ gəlməsi, onun səviyyəsi və davam müddəti fərqli ola bilər. Sağlam insanla xəstənin peyvənddən sonra nəticələri eyni olmaya bilər. Biz bunu öz müşahidələrimizdə görürük.

Koronavirusun “delta” ştamı Uxan ştamına qarşı hazırlanan vaksinlərdən müəyyən qədər yayınma qabiliyyətinə malikdir. Ölkəmizdə 4 növ peyvənd istifadə olunur və yayınma təxminən 10-20 faiz arasındadır. Peyvəndlər effektivliyini saxlayıb. Lakin bir qədər də daha yüksəksəviyyəli immunitet tələb olunur. Xüsusilə risk qrupunda olanların - tibb işçiləri, yaşı 50-dən yuxarı olanlar və xroniki xəstəlikdən əziyyət çəkənlərin müəyyən müddətdən sonra zəifləyən immunitetlərini daha yüksək səviyyəyə qaldırmaq üçün buster dozaya ehtiyac var. Buster doza gücləndirici doza adlanır. Dünyanın bir sıra ölkəsində üçüncü doza tətbiq edilir. Bariz nümunə kimi İsraili misal göstərmək olar. Orada buster doza tətbiq etməklə həmin qruplar arasında ağır xəstələnmə hallarının nə qədər azaldığını görürük. Vaksin olunandan sonra xəstələnmə ehtimalı buster dozanı tətbiq etməklə dəfələrlə azala bilər. Gücləndirici dozadan sonra əldə edilən immunitet 5-10 dəfəyə qədər güclənir. İstənilən halda peyvəndin qayəsi təkcə yoluxmamaq deyil, yoluxan zaman xəstəliyi ya simptomsuz ya da yüngül keçirməkdir. Bunu öz təcrübəmizdə gördük ki, doğrudan da ağır xəstələrin böyük əksəriyyəti məhz vaksin olunmayanlardır. Buster dozanın əhəmiyyəti ondan ibarətdir ki, əldə olunmuş immunitet bir qədər də gücləndirilsin. Yoluxanlar xəstəliyi yüngül keçirsinlər, xəstəxanaya yatışların sayı, səhiyyənin yükü azalsın və bu infeksiyanı nəzarətdə saxlaya bilək.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, infeksionist Təyyar Eyvazov deyib.

T.Eyvazovun sözlərinə görə, COVID-19 infeksiyası ilə mübarizənin ən önəmli vasitəsi məhz peyvənddir. Ona görə də hər kəs peyvəndləmədə aktiv iştirak etməlidir: “Doqquz milyon dozadan çox peyvənd vurulub. Vaksinasiyada 5 milyondan çox vətəndaş iştirak edib ki, onlardan 4 milyondan çoxu hər iki dozanı, bir milyona yaxını isə bir dozanı qəbul edib. Yaxın bir ay ərzində onlar da ikinci dozanı qəbul edəcək və ölkədə iki doza vurduranların sayı təxminən 5 milyona çatacaq. Hazırda əhalinin təxminən 42-43 faizi hər iki dozanı vurdurub. Amma bu da tam yetərli deyil. Ona görə ki, “delta” ştamının hakim olduğu dövrdə vaksinasiya olunan insanların sayı təxminən 80-82 faiz olmalıdır ki, infeksiyaya həssaslıq azalsın və yoluxma zənciri qırılsın. Biz MDB-də vaksinasiya sayına görə qabaqda olsaq da, digər aparıcı ölkələr arasında müəyyən qədər aşağı yerlərdəyik. Elə ölkələr var ki, 100 nəfərə vurulan dozaların sayı 100-150-dən çoxdur və orada epidemioloji vəziyyəti idarə etmək daha da asanlaşıb”.

Ekspert-mütəxəssis 12-15 yaşlı yeniyetmələrin də peyvəndlənməsinə münasibət bildirib: “12-15 yaşlı yeniyetmələrin vaksinasiyası məsələsinə dair fikirlər birmənalı deyil. Bəzi ölkələr həmin yaşda uşaqları ucdantutma vaksinasiyadan keçirirlər, bəziləri isə gözləmə mövqeyi tutublar. ÜST-nin mövqeyi bundan ibarətdir ki, digər yaşlı əhali qrupları peyvənd olunub qurtarıbsa, ilk növbədə risk qrupuna daxil olan uşaqlar vaksinasiyadan keçirilməlidir. Səhiyyə Nazirliyi bu məsələni mütəxəssislərlə araşdıraraq belə bir tövsiyə verib ki, xüsusilə xroniki xəstəliyi olan uşaqlar valideynlərinin razılığı və müraciəti əsasında peyvənd oluna bilərlər. Burada məcburiyyət və qadağa düzgün deyil. Proses hər iki valideynin razılığı ilə könüllü aparılmalıdır”.

İranla Azərbaycan arasında ticarət dövriyyəsi sürətlə artır - İran gömrüyü
İranla Azərbaycan arasında ticarət dövriyyəsi sürətlə artır - İran gömrüyü
BVF rəhbəri "omikron" ştammının dünya iqtisadiyyatının bərpası tempinə təsirini qiymətləndirib
BVF rəhbəri "omikron" ştammının dünya iqtisadiyyatının bərpası tempinə təsirini qiymətləndirib
Rusiya Azərbaycanın 12 müəssisəsindən pomidor və alma idxalına icazə verəcək
Rusiya Azərbaycanın 12 müəssisəsindən pomidor və alma idxalına icazə verəcək
Loading Bars
Xəbər lenti
Rüşvət alarkən saxlanılan şöbə müdirinə hökm oxundu
Dövlət Neft Fondunun gəlir və xərcləri açıqlanıb
Qarabağa qayıdacaq əhali ilə bağlı qanun layihəsi hazırlanıb
"PAŞA Bank" onlayn əməliyyatlardakı problemlərlə bağlı açıqlama yayıb
bp-nin hədiyyə etdiyi laboratoriyaya Nobel mükafatı laureatının adı verilib (FOTO)
Ötən həftə azad olunan ərazilərdən 30 mina aşkarlanıb
“SQL” və “PL/SQL” təlimini uğurla bitirənlər "PAŞA Bank"da iş təklifi alıb
Dövlət vəsaiti hesabına ipoteka kreditləşməsi 44 faiz artıb
"Bahar" yatağında hasilatla bağlı proqnoz yüksəldilib
Sabah hava yağmursuz keçəcək
Muğanbankda kiçik və orta biznes kreditləri üzrə təcrübə proqramı
Azərbaycan İnvestisiya Şirkəti və “Balacans Agro Food” MMC arasında investisiya müqaviləsi imzalanıb (FOTO)
2022-ci ildə AÇG blokunda proqnozlaşdırılan hasilatın həcmi açıqlanıb
Bu tarixdə Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək
Bakıda oğurladıqları avtomobili İsmayıllıda hissələrə ayırıb satanlar saxlanılıb (FOTO/VİDEO)
Gələn il "Şahdəniz"də proqnozlaşdırılan hasilat həcmi açıqlanıb
PAŞA Bankın “Onlayn kredit” məhsulu regionda KOS üçün “Ən yaxşı bank məhsulu” seçilib
BirKart-la hər 20-ci taksit əməliyyat hədiyyə qazandırır
Hesablama Palatasının əməkdaşları təltif edilib - SƏRƏNCAM
Latviyada "omikron" ştammına yoluxma qeydə alınıb
ABŞ-ın təbliğ etdiyi demokratiya modeli digər dövlətlərə təzyiq üçün bəhanədir - Çin
Koronavirusu çinlilər icad etməyib - Aziz Sancar
Qarabağda yeni iqtisadi quruculuğu təmin etməliyik - Emin Hüseynov
Prezident İlham Əliyev bu şəxslərə “Əməkdar mühəndis” fəxri adı verib - SİYAHI
Prezident İlham Əliyev rabitə və informasiya texnologiyaları işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb
16 noyabr təxribatı nəticəsində şəhid olan hərbçilərimizin ailələri sığorta ödənişi ilə təmin olunurlar
Pandemiya laboratoriyamın işini iflic etdi - Nobel mükafatçısı
Qarabağ zəfəri Türkiyənin qurtuluş savaşından sonra Türk dünyasının ən böyük zəfəridir - Aziz Sancar (FOTO)
Helikopter qəzasında şəhid olanların ailələrinə nə qədər kompensasiya veriləcək? -AÇIQLAMA
Şamaxıda vətəndaşların icra hakimiyyətinə müraciətləri üçün elektron portal yaradılıb - RİH başçısı
Yeniyetmə qəza törədərsə, kim və necə cəzalanır?
Ombudsman Səbinə Əliyevanın İtaliyaya səfəri İtaliya və Türkiyə mətbuatında işıqlandırılıb
Azad olunmuş ərazilərdəki sənaye parklarında yalnız innovativ texnologiyalara əsaslanan sənaye sahələri fəaliyyət göstərəcək - Sahib Ələkbərov
Myanmanın keçmiş rəhbəri həbs olunub
Azərbaycan daha iki beynəlxalq sənədə qoşulur
Vətən Müharibəsi Qəhrəmanının övladları himayəyə götürülüb (FOTO)
Qarabağda innovativ maliyyə-bank xidmətlərinin yaradılmasına start verilib
Britaniya Azərbaycandan gələnlər üçün giriş qaydalarına dəyişiklik edib
Gələn ildən azad olunmuş ərazilərdə yaşayıb-işləyəcək bu şəxslərə vergi güzəştləri olacaq
Azad edilən ərazilərdə innovativ inkişaf üçün bir sıra istiqamətlər var - Nazir müavini
Ağdam Sənaye Parkına investorların cəlbi üçün 5 müəssisə ilə danışıqlar başa çatmaq üzrədir - Sahib Ələkbərov (FOTO)
Mərkəzi Gömrük Hospitalının həkimi omikrona qarşı mübarizə vasitələri barədə danışıb
Payızlıq əkinlərin bəyanını sürətləndirmək üçün səyyar xidmət təşkil olunub (FOTO)
Şabranda bacısını öldürən gənc tutulub
Azad olunmuş ərazilərdə 10 seysmik stansiya qurulacaq
Könül Nurullayevanın Qarabağın bərpasına dair məqaləsi 13 ərəbdilli mətbuat orqanında dərc olunub (FOTO)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Sankt-Peterburqda 128 ilin rekord şaxtası olub
Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya etimad üçün təşəkkür edirəm - Mariana Vasileva
Azərbaycan və Türkmənistanla imzalanan qaz müqaviləsinin çox böyük əhəmiyyəti var - İran prezidenti
Rabitəbankdan ilin son kampaniyası
Cəlilabad sakini həmkəndlisini qətlə yetirib
Toylarda karantini pozan 14 nəfər cərimələnib, 1 şadlıq sarayının sahibinə cinayət işi açılıb
Həftəsonu yol qəzalarında 9 nəfər ölüb
Kəlbəcərin Keçiliqaya kəndi (VİDEO)
Mingəçevirdə oğurladığı pulla Bakıda ev kirayələyən şəxs saxlanılıb
Sınaq imtahanına qeydiyyat bu həftə başa çatır
Xarici valyutaların manata qarşı məzənnələri
Gün ərzində Azərbaycanda 50-60 zəlzələ qeydə alınır - Qurban Yetirmişli
Qəbiristanlıqdan məhəccərləri oğurlayan şəxslər saxlanılıb (FOTO)
Çili-Argentina sərhədi yaxınlığında güclü zəlzələ qeydə alınıb
İranla Azərbaycan arasında ticarət dövriyyəsi sürətlə artır - İran gömrüyü
BRİKS ölkələri Cənubi Afrikaya "omikron" ştammına qarşı mübarizədə yardım təklif edib
"Omikron" ştammı Amerika ştatlarının üçdə birində qeydə alınıb
Çində elektrik stansiyasında baş verən yanğında 8 nəfər həlak olub
Meksikada yük maşını 15 avtomobilə çırpılıb
Putin ilə Modi iki ölkə arasında münasibətləri, Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər
Türkiyədə zəlzələ baş verib
Meksikada avtomobil piyadalara çırpılıb, 10-dan çox insan yaralanıb
ÜST rəhbəri Afrikanın cənubuna uçuşları məhdudlaşdıran ölkələri tənqid edib
Bakıda mənzildən kişi meyiti tapılıb
Etiraz aksiyası zamanı maşın nümayişçilərə çırpılıb, ölənlər var
Mir Şahinin vaxtı (VİDEO)
Lyuis Hemilton Formula-1 üzrə Səudiyyə Ərəbistanı Qran Prisinin qalibi olub
"Omikron" ştammının COVID-19-un daha ağır formasına gətirib çıxaracağını demək hələ tezdir - ÜST
Türkiyə prezidenti Qətərə səfər edəcək
Rusiyanın “Kinotavr” festivalının yaradıcısı vəfat edib
MDU və BDU könüllüləri Beynəlxalq Könüllülər Gününü birlikdə qeyd ediblər (FOTO)
Azərbaycan Türkiyənin “Hürkuş” təlim təyyarəsinə maraq göstərir - Komitə rəhbəri
Xəzər dənizində zəlzələ olub
Hüseyn Cavidin yazdıqları bu gün də bütün bəşəriyyət üçün aktuallığını qorumaqdadır - Türkiyə Prezidentinin baş müşaviri
Xətai rayonunda baş verən yanğın söndürülüb (VİDEO) (ƏLAVƏ OLUNUB)
Rusiyada fərdi evdə yanğın nəticəsində iki azyaşlı həyatını itirib
Avstriyada qar uçqunu baş verib, ölən və yaralılar var
Mingəçevir Dövlət Universitetində ingilis dilinin tədrisi ilə bağlı layihə uğurla başa çatıb (FOTO)
Ərəb koalisiyası hüsilərə qarşı əməliyyat keçirib, xeyli sayda texnika və canlı qüvvə məhv edilib
Çin şirkətləri Əfqanıstanda mis və litium yataqlarına çıxış əldə etmək niyyətindədir
Berlin polisi COVİD əleyhinə nümayişlər zamanı 58 nəfəri saxlayıb
ABŞ 500-dək yeni nüvə bombası istehsal edəcək
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 394 nəfər COVID-19-a yoluxub, 25 nəfər ölüb
Ceyhun Bayramov ölkə gənclərini Könüllülər Günü münasibətiylə təbrik edib
Azərbaycanda Könüllülərinin IV Həmrəylik Forumu keçirilib (FOTO)
Azərbaycan könüllüləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)
Türkiyə artilleriyası İraqın şimalında 3 terrorçunu zərərsizləşdirib
İranda son sutka ərzində 76 nəfər koronavirusdan ölüb
ABŞ-ın Suriyadakı hərbi bazası hücuma məruz qalıb
Hüseyn Cavidlə bağlı nadir arxiv kadrlar yayıldı (VİDEO)
Gəncədə yol hərəkəti qaydalarını nümayişkəranə şəkildə pozan sürücülər saxlanılıb (FOTO/VİDEO)
Tovuzda yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib (FOTO)
Bütün xəbərlər