...

Sovet dövründə çalışanların öhdəlikləri indi dövlət hesabına ödənilir - Nazir

Cəmiyyət Materials 12 Noyabr 2021 15:54 (UTC +04:00)
Sovet dövründə çalışanların öhdəlikləri indi dövlət hesabına ödənilir - Nazir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda əmək pensiyası alanların əksəriyyəti sovet dövründə çalışanlardır. Onlar həmin dövrdə sosial sığorta haqları ödəməyiblər.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin müakirələri zamanı deyib.

Nazir bildirib ki, orta hesabla sovet dövründə çalışanların 18 il əmək stajı var, lakin o illər ərzində sosial sığorta haqları ödəməyiblər. İndi o öhdəliklər dövlət büdcəsinin hesabına ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti