...

Bu gündən Bakıda və digər bölgələrdə istilik mövsümü başlayır

Cəmiyyət Materials 15 Noyabr 2021 09:09 (UTC +04:00)
Bu gündən Bakıda və digər bölgələrdə istilik mövsümü başlayır

Bakı. Çingiz Səfərli - Trend:

Bu gün Bakıda və ölkənin digər bölgələrində istilik mövsümü başlayır.

Trend xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən noyabrın 15-dən Bakıda və digər ərazilərdə (dağlıq və dağətəyi rayonlar istisna olmaqla) istilik verilir.

Xatırladaq ki, dağlıq və dağətəyi rayonlarda isə istilik mövsümü noyabrın 1-də başlayıb.

Qeyd edək ki, hazırda "Azəristiliktəchizat" ASC-yə məxsus 550 qazanxana istismar edilməklə 3800 yaşayış binası, mənzil, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə, 112 büdcədən maliyyələşdirilən digər sosial obyekt və 1188 təsərrüfat obyekti istiliklə təmin edilir.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti