...

Amnistiya aktı ilə 1921 şəxs azadlığa buraxılıb

Cəmiyyət Materials 6 Dekabr 2021 15:01 (UTC +04:00)
Amnistiya aktı ilə 1921 şəxs azadlığa buraxılıb

Bakı. Elçin Mehdiyev - Trend:

Zəfər günü ilə bağlı elan edilən Amnistiya aktının tətbiqi nəticəsində 1921 şəxs azadlığa buraxılıb.

Trend-in məlumatına görə, bunu Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Elnur Musayev bu gün “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən icrasına dair keçirilən brifinqdə deyib.

O bildirib ki, Amnistiya aktı tətbiq edilən şəxslərin 3448 nəfərini kişilər, 228 nəfərini isə qadınlar təşkil edib.

Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.

Amnistiya aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti