...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 7 Dekabr 2021 16:34 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 926 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 572, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 617, buster doza üzrə vaksinasiya olunanların sayı isə 26 737 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 739 068, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 103 256, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 597 903, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 037 909 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti