Yol polisi sürücüləri yollarda diqqətli olmağa çağırdı

Yol polisi sürücüləri yollarda diqqətli olmağa çağırdı

Bakı. Samir Əli - Trend:

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yollarda daha məsuliyyətli olmağa çağırıb.

İdarədən Trend-ə daxil olan müraciətdə bildirilir ki, yol-nəqliyyat hadisələrinin baş vermə səbəbləri və şəraiti araşdırılarkən müxtəlif amillərə rast gəlinir.

"Adətən əsas səbəb yol hərəkəti qaydalarının pozulması ilə əlaqəli olur. Təbii ki, yolların sürüşkən və ya nahamar örtüklü olması, hərəkət hissəsinin qeyri-kafi işıqlandırılması, piyada keçidlərinin yetərincə olmaması və sair kimi qismən nəticəyə təsir göstərən bəzi amillər də var.

Yol-nəqliyyat hadisələri törətmiş şəxslərin sürücülük təcrübəsi ilə bağlı statistik göstəricilərə diqqət yetirsək görərik ki, qeydə alınmış ağır qəzaların çoxu məhz 10 ildən yuxarı sürücülük təcrübəsi olan şəxslərin təqsiri üzündən baş verib. Ümumiyyətlə, sürücülük hüququ yarandıqdan sonrakı birinci onillik ərzində fərdlərin məsuliyyət hissi növbəti onilliklərlə müqayisədə daha artıq olur. Sonradan sürücülərdə yaranan arxayınlıq, özünə güvənmə məsuliyyət hissini azaldır ki, bu da yol hərəkətində intizamsızlığa və qəzaların baş verməsinə gətirib çıxarır.

Əgər sürücü yolda müəyyən olunmuş sürət həddini görüb ona əhəmiyyət vermirsə, aramla hərəkətdə olan nəqliyyat axınında digər sürücülərə hörmətsizlik edərək nümayişkəranə şəkildə qarşı hərəkət zolağına çıxırsa, ötmə, manevr etmə və yaxud yolayrıcını keçmə qaydalarını bilərəkdən və kobud şəkildə pozursa, araməsafəsi saxlamırsa, bu o demək deyil ki, həmin şəxs törətdiyi əməllərin qanuna zidd olduğundan, nəticəsinə görə cavabdehlik daşıdığından xəbərdar deyil, sadəcə məsuliyyət hissini unudaraq hərəkətlərini davam etdirir. Bu baxımdan sürücülərin təcrübəsiz olması, yol hərəkəti və yol hərəkətinin təhlükəsizliyi qaydaları haqqında nəzəri biliklərinin qənaətbəxş olmaması kimi fikirlər irəli sürmək düzgün olmazdı.

Sözsüz ki, sükan arxasına əyləşən hər bir sürücü yol və hava şəraitinə görə nə qədər təcrübəli olduğunu özü daha yaxşı bilməli, təhlükəli situasiyanı düzgün qiymətləndirməyi bacarmalı, daima yol hərəkəti qaydalarına dair biliklərini və sürücülük vərdişlərini təkmilləşdirməlidir. Bir sözlə, hər bir peşə sahəsində olduğu kimi, nəzərə alsaq ki sürücülük özü də bir peşədir, sürücü həmişə öz üzərində çalışmalı, yollarda diqqətli və məsuliyyətli olmalıdır. Hətta istənilən peşəkar sürücünün belə, ani diqqətsizliyi, məsuliyyətsizliyi faciəvi qəzaya səbəb ola bilər.

Baş Dövlət Yol Polisi İdarəsi gündəlik fəaliyyətdə istər-istəməz iştirakçıya çevrildiyimiz yol hərəkəti prosesində şəxsi və ictimai məsuliyyət hissinin son dərəcə vacib olduğunu xatırladır, hər kəsi yollarda intizamlı olmaqla ölkəmizdə yol hərəkəti mədəniyyətinin möhkəmlənməsinə və qəzaların sayının azaldılmasına yardımçı olmağa dəvət edir"-müraciətdə qeyd edilib.

Nağdsız əməliyyatların həcmi bir ildə 83 faiz artıb
Nağdsız əməliyyatların həcmi bir ildə 83 faiz artıb
Azərbaycanda pul kütləsi artıb
Azərbaycanda pul kütləsi artıb
Əhalinin banklardakı əmanətlərinin həcmi tarixi maksimuma çatıb
Əhalinin banklardakı əmanətlərinin həcmi tarixi maksimuma çatıb
Loading Bars
Xəbər lenti
Avropada təbii qaz 20 faizə yaxın bahalaşıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Mariana Vasileva Üzgüçülük Federasiyasının rəhbərliyi ilə görüşüb (FOTO)
Azərbaycanda 757 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib
Şəhərdaxili hərəkət planının hazırlanması Qaydası təsdiqlənib
Sabunçuda ev yanıb, ölən var
Azərbaycan və İran nümayəndə heyətləri işğaldan azad edilmiş ərazilərə birgə səfər edib
Rusiyanın daha bir aviaşirkəti Bakıya birbaşa reyslərə başlayıb
Ötən il 206 milyon manatdan çox maddi ziyan ödətdirilib
Azərbaycanlılara qarşı cinayət törədən 297 erməni barəsində cinayət işi açılıb
Ermənistan prezidenti Armen Sarkisyanın istefasının səbəbləri - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Ağdamda kafedə yanğın olub
Yasamalda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır
Prezident İlham Əliyev Fatma Səttarovaya təbrik məktubu ünvanlayıb
Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edildi - SƏRƏNCAM
Almaniyada məşhur universitetdə atışma, yaralılar var
Xorvatiya Azərbaycana üç nümayəndə heyəti göndərəcək
Yanvarın 25-nə USD/AZN rəsmi məzənnəsi
AZAL-ın İstanbul-Bakı reysi gecikir
Buraxılış imtahanlarının tarixləri açıqlanıb
Vahid əlaqələndirmə mərkəzlərində 11 min şəxsə xidmət göstərilib
AŞ PA-nın yeni sədri seçilib
H.Z.Tağıyev - Sumqayıt avtomobil yolunda piyada keçidi inşa edilir (FOTO/VİDEO)
Gələn tədris ili üçün informatika fənni üzrə imtahan modeli təsdiqləndi
35 yaşımda çıxıb, 65 yaşımda qayıtdım - Şuşa sakinindən təsirli sözlər (VİDEO)
Serbiyada zavod partlayıb, ölən və yaralanan var
Vilyam Hacıyev vəzifə cinayətləri ilə birgə qanunsuz silah saxlamaqda da təqsirli bilinib
Xəzərdə qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı
Qadağan edilmiş informasiyanı yayan sosial media istifadəçisi həbs olunub
Bakıda narkotacir və mobil telefon oğruları saxlanıldı - Anbaan görüntülər (FOTO/VİDEO)
Terrorçuluqda ittiham olunan ermənilərin məhkəmə istintaqı başa çatdı
Avtomobilə konstruksiya dəyişikliyi edən sürücü saxlanılıb
İranda ötən sutka 21 nəfər koronavirusdan ölüb
Lənkəranda qanunsuz ov edən şəxslər saxlanılıb
İstanbul hava limanında uçuşlar dayandırılıb
İsrail dördüncü dozanın daha davamlı olduğunu elan edib
Qaxda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
İndiyə qədər COVİD-19 pasportu olmayan 64 mindən çox şəxs şənlik mərasimlərinə buraxılmayıb - DİN
NEQSOL Holding HR peşəkarları üçün Strateji HR Biznes Tərəfdaş Proqramını həyata keçirib
Nağdsız əməliyyatların həcmi bir ildə 83 faiz artıb
Azərbaycan -Türkiyə münasibətləri planlı formada hər sahədə inkişaf etdirilir - Elşan İzzetgil
“Azərlotereya” yeni “Ekpres Keno” virtual lotereyasını təqdim edib (VİDEO)
Azərbaycanda pul kütləsi artıb
Azərbaycanda karantin müddətinin 14 gündən 7 günə endirilməsinin səbəbi açıqlanıb
Ağdamda kafe yanıb (VİDEO)
Şuşaya səfər edənlər bu qaydalara riayət etməlidir
Əhalinin banklardakı əmanətlərinin həcmi tarixi maksimuma çatıb
Azərbaycanda bank işçilərinin sayı artıb
Kapital Bank Visa-nın 3 mükafatına layiq görülüb
Bu il 100-dən çox kəndin enerji şəbəkəsi yenidən qurulacaq (VİDEO)
Rusiyada növbəti dəfə ən yüksək yoluxma qeydə alınıb
Avtobus reysinin açılması Şuşa üçün xüsusi əhəmiyyət daşıyır - Aydın Kərimov
Ukraynaya gedən Azərbaycan turistlərinin sayı açıqlanıb
İlk sərnişin avtobusu Şuşaya çatıb (FOTO/VİDEO)
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında gömrük sahəsində əməkdaşlıqla bağlı saziş təsdiqlənib
Azərbaycan və Qətər arasında viza rejimi ləğv olunub
Binəqədidə 10-dan çox narkotik alverçisi saxlanılıb (FOTO/VİDEO)
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb, 1 nəfər saxlanılıb (FOTO)
Zakir Həsənov Finlandiya XİN nümayəndə heyəti ilə görüşüb (FOTO)
VIII Qlobal Bakı Forumunun videohesabatı hazırlanıb (VİDEO)
Ötən gün 33 yanğın olub (FOTO/VİDEO)
Prokurorluq tərəfindən məhkəmə hökmlərindən ümumilikdə 1093 iş üzrə apellyasiya protesti verilib
Toylarda 150 nəfərlik limit artırılacaq? (ÖZƏL)
Azərbaycan Gimnastika Federasiyası iki illik fasilədən sonra yerli yarışlara start verir
Xaricdə gizlənən 32 şəxs Azərbaycana ekstradisiya edilib
Xaricdə təhsil alan və yerli xəstəxanalarda işə cəlb olunacaq həkimlərin maaşı açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Bolqarıstanın energetika naziri Azərbaycana gələcək
“Azərpambıq ASK” MMC-də pambıq əkininə hazırlıq işləri uğurla davam etdirilir
Qanunsuz parklanma təşkil edənlər iki min manat cərimələnəcək
Qubada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Bakıdan çıxan sərnişin avtobusu Ağdama çatıb (FOTO)
Sürücülər bu pozuntuya görə 40 manat cərimələnəcək
Vətən müharibəsində ziyan görmüş 294 sahibkara 4,7 milyon manat kompensasiya ödənilib - KOBİA
Türkiyədə müalicə alan 25 hərbçiyə əlillik təyin ediləcək
“Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsinə start verilib
Azərbaycanda parklanmaya görə cərimələr artırılır
Qazaxıstanda yeni komandanlıq təsis edilib
249 uşaq üzərində ürək və damar əməliyyatı keçirilib
Tibb və qeyri-tibb heyətinin əməkhaqları artıb
Bakıda “Azərsu”nun işçisi adı ilə vətəndaşlardan pul alan şəxs peyda olub (FOTO)
Azərbaycanda velosiped yolları müəyyən edilir
İcbari tibbi sığorta ilə işləyən xəstəxanaların sayı artırılıb (SİYAHI)
Xəstəxanalara ən çox bu xəstəliklər üzrə müraciət olunur
Ötən il Baş Prokurorluq valideyn hüquqlarının məhdudlaşdırılması üçün 12 iddia qaldırıb
Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün yeni cərimələr müəyyən edilir
Təqsirləndirilən şəxslərin xaricdəki əmlaklarının müsadirəsinə başlanılıb
Ağdamda ermənilərin dağıtdığı tarixi abidələr sərgilənəcək (FOTO)
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz - Avropa və İngiltərədə risklər yenidən artır
Ötən il amnistiya tətbiq edilən şəxslərin sayı açıqlanıb
Dəmiryol stansiyasından çuqun barmaqlıqlar oğurlanıb (FOTO)
Ötən ilin sonu İrana səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Qadağan edilmiş məlumatları yerləşdirən sosial media istifadəçilərinə xəbərdarlıq edilib, 1 nəfər həbs olunub
Çayxanada qumar oynayanlar saxlanılıblar
Litvada məktəblər distant təhsilə keçir
Buraxılış imtahanlarının dəqiq tarixləri nə üçün gec açıqlanır?
Jurnalistlər məlumatlarla təmin edilməlidir - Əhməd İsmayılov
Bu şəxslərin uşaq musiqi məktəblərində pedaqoji fəaliyyətinə icazə verilib
Bağlı qalmış 8 cinayət işi açılıb
Şəkidə sərxoş vəziyyətdə avtomobil idarə edən bacanaqlar saxlanılıb (FOTO/VİDEO)
Bütün xəbərlər