...

Hər yeni ştammın yoluxuculuq qabiliyyəti sürətli olur - Təyyar Eyvazov

Cəmiyyət Materials 29 Dekabr 2021 16:21 (UTC +04:00)
Hər yeni ştammın yoluxuculuq qabiliyyəti sürətli olur - Təyyar Eyvazov

Bakı. Humay Ağacanova - Trend:

Virus mutasiyaya uğrayır və biz görürük ki, hər yeni ştamm əvvəlkindən yolxuculuq qabliyyətinin sürətli olmasına görə fərqlənir.

Trend xəbər verir ki bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov nazirliyin "İnstagram" səhifəsində canlı yayımda qonaq olarkən deyib.

O qeyd edib ki, yeni ştammın Azərbaycana da gəlməsi ehtimalı var.

“Gigiyenik qaydalara mütləq riayət edilməlidir. İnsan sıxlığı olan yerdə iştirak edilməməli, sosial məsafə qorunmalı və maskdan düzgün istifadə edilməldir. Bu yolla virusa yoluxma riski azaldıla bilər. Ümumiyyətlə, infeksiyaların idarə olunmasında vaksinasiya mühüm rol oynayır”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti