...

2 500-dən artıq qaziyə əlillik təyin edilib

Cəmiyyət Materials 7 Yanvar 2022 12:39 (UTC +04:00)
2 500-dən artıq qaziyə əlillik təyin edilib

Bakı. Elçin Mehdiyev - Trend:

Vətən müharibəsində ağır yaralanan 3 805 qazinin əlillik vəziyyətinin qiymətləndirilməsi aparılıb.

Trend-in məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib.

O qeyd edib ki, indiyədək Vətən müharibəsinin 2 500-dən artıq qazisinə əlillik təyinatı aparılıb:

“Səhhəti ağır hal kimi qiymətləndirilən bütün qazilər tibbi-sosial ekspert komissiyalarının əməkdaşları tərəfindən evlərində müayinə olunub və protokollaşdırılaraq müvafiq təyinatlar aparılıb”, - deyə İ.Yusifov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti