...

Azərbaycanda ötən il əlillik təyin edilən şəxslərin sayı açıqlanıb

Cəmiyyət Materials 7 Yanvar 2022 13:00 (UTC +04:00)
Azərbaycanda ötən il əlillik təyin edilən şəxslərin sayı açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

2021-ci il ərzində Azərbaycanda 60 mindən çox əlillik təyinatı aparılıb.

Trend-in məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov deyib.

O qeyd edib ki, bunlardan 18 minə yaxını ilkin əlillik, 43 minə yaxını isə təkrar əlillik təyinatı olub.

İ.Yusifov bildirib ki, əlilliyin təyin edilməsi ilə yanaşı əlilliyin təyinatından imtina qərarları da verilir.

“Əlilliklə bağlı təxminən 12 minə yaxın göndərişə sistem tərəfindən uyğunsuzluq aşkar edildiyinə görə imtina verilib. 60 minə yaxın göndərişə isə göndərişin natamam doldurması səbəbindən imtina verilib.

Bəzi hallarda müalicə kursu tam başa çatmadan göndərişlər də rəsimləşdirilir. Bu hallarda da əlavə müalicənin ehtiyac olması üçün imtina verilir. Əlavə müalicəyə ehtiyac olduğuna görə təxminən 56 min göndərişə imtina verilib. 4500-ə yaxın göndərişə diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə, 700-ə yaxın göndərişə isə diaqnozun öz təsdiqini tapmadığına görə imtina verilib”, - deyə İ.Yusifov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti