...

Töhmət verilən müəllim nazirliyin qərarından narazıdı: Xəbərim olmayıb

Cəmiyyət Materials 28 Yanvar 2022 10:12 (UTC +04:00)
Töhmət verilən müəllim nazirliyin qərarından narazıdı: Xəbərim olmayıb

Bakı. Humay Ağacanova - Trend:

Bakı şəhərində 165 saylı tam orta məktəbdə şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan hərəkətinə görə töhmət verilən coğrafiya müəllimi Nərgiz İsmayılova qərardan narazıdır.

Trend-in məlumatına görə, "Xəzər Xəbər"ə açıqlamasında N.İsmayılova deyib ki, o hadisədə heç bir günahı yoxdur və bu töhmətə layiq deyil.

O bildirib ki, həmin şagirdlərin sinifdə bundan əvvəl də etdiyi qeyri-etik davranışlarına görə öncədən məktəb rəhbərliyinə məlumat verilib. Müəllim qeyd edib ki, videoda iddia olunan, dərs zamanı baş verən bu hadisələrin çox hissəsindən xəbəri olmayıb.

"Video çəkildiyindən, eyni zamanda şagirdin partanın üzərinə ayağını qoymasından xəbərim olmayıb. Bu davranışların əksəriyyəti tənəffüs zamanı baş verib. Şagird partanı götürüb qaldıran zaman hadisədən xəbər tutdum və danladım", - deyə o əlavə edib.

N.İsmayılova video sosial şəbəkədə yayıldıqdan və ona töhmət verildikdən sonra səhhətində problemlərin yarandığını, həmçinin töhmətin ləğv edilməsi üçün Təhsil Nazirliyinə müaricət etdiyini də bildirib.

Xatırladaq ki, şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı 165 nömrəli tam orta məktəb rəhbərliyi tərəfindən araşdırma aparılıb, dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti