...

Xəzər rayonunda Gənclər Günü qeyd olundu (FOTO)

Cəmiyyət Materials 1 Fevral 2022 17:55 (UTC +04:00)
Xəzər rayonunda Gənclər Günü qeyd olundu (FOTO)

Bakı. Trend:

1 fevral 2022-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti (RİH), Xəzər Rayon Gənclər və İdman İdarəsinin və Rayon Gənclər Evinin birgə təşkilatçılığı ilə Şağan mədəniyyət mərkəzində 2 Fevral - Gənclər Günü münasibətilə bayram tədbiri keçirilib.

RİH-dən Trend-ə bildirilib ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov və rayonun ictimai-siyasi, mədəni həyatında fəallığı ilə seçilən gənclər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Daha sonra torpaq uğrunda canlarından keçən, şəhidlik zirvəsinə ucalan igid oğullarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Xəzər Gənclər Evinin müdiri İnarə Eyyubova, YAP-ın gənc fəalı Nəzrin Məmmədova, fəal gənc Əliəkbər Novruzov, Paraolimpiyaçı Sevda Vəliyeva iştirakçılar qarşısında çıxış edərək, gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan, həmçinin bu sahəyə böyük diqqətin olmasını vurğulayıblar.

Vətən Müharibəsi iştirakçısı İlkin Pənahov 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan gənclərinin böyük vətən sevgisini nümayiş etdirdiyini, döyüş meydanında həm də arxa cəbhədə, informasiya müharibəsində fəallıq nümayiş etdirdikləri bildirib.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov öz çıxışında 2 Fevral - Gənclər Günü münasibətilə rayon gənclərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar dilədi. Ölkədə aparılan uğurlu gənclər siyasəti ilə bağlı imzalanan fərman və sərəncamlar, qəbul edilən Dövlət proqramları yeniyetmələrin, gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar açılmasından bəhs edən E.Salahov Azərbaycan gənclərinin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə, mədəni irsə, dövlət dili və rəmzlərinə hörmət ruhunda tərbiyə olunmasını vurğulayıb.

Tədbirdə çıxış edən YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin bu gün uğurla davam etdirildiyini bildirərək bu siyasətin müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirib.

Sonra rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, o cümlədən Tokio-2020 Paraolimpiya Oyunlarının çempionları, qəbul imtahanlarda 650 baldan yuxarı yığan Prezident təqaüdçüləri, qazi və digər sahələrdə yüksək nailiyyətlər əldə etmiş gənclərə fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Tədbir “Ey Vətən” adlı musiqi kompozisiyası ilə başa çatmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti