...

Forum çərçivəsində gənclər yüksək nailiyyətlərinə görə mükafatlandırılıb

Cəmiyyət Materials 2 Fevral 2022 17:10 (UTC +04:00)
Forum çərçivəsində gənclər yüksək nailiyyətlərinə görə mükafatlandırılıb

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda Azərbaycan Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu davam edir. Forum çərçivəsində bir sıra gənclər yüksək nailiyyətlərinə görə mükafatlandırılıb.

Trend-in məlumatına görə, mükafatlananlar incəsənət, memarlıq, ədəbiyyat, elm, təhsil sahəsində fərqlənən gənclərdir.

Qeyd edək ki, bu gün Azərbaycanda Gənclər Günü qeyd edilir. Bu münasibətlə Bakıda keçirilən Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti