...

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb

Cəmiyyət Materials 25 Fevral 2022 14:09 (UTC +04:00)
Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb

Bakı. Humay Ağacanova - Trend:

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb.

Trend-in məlumatına görə, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbazadə mətbuat konfransında bildirib ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə iştirakçılara yenə də 2 dəfə cəhd etmək imkanının verilməsi nəzərdə tutulur:

"III qrup üzrə ilk imtahan 21 may, II qrup üzrə 22 may, I qrupa sənəd verən abituriyentlərin bir hissəsi 4 iyun, yerdə qalan hissəsi isə 5 iyunda imtahan verəcək. 5 iyunda IV qrup üzrə də imtahan keçiriləcək. II cəhd üzrə imtahanlar isə III qrup üzrə 6 iyul, II qrup üzrə 7 iyul, I qrup üzrə 20-21 iyul, IV qrup üzrə isə 21 iyul tarixində keçiriləcək. Cari və əvvəlki illərin məzunları eyni gündə imtahan verirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti