...

500-ə yaxın azərbaycanlı Ukraynadan quru yolla Moldovaya keçə bilib - Diaspor

Cəmiyyət Materials 26 Fevral 2022 16:32 (UTC +04:00)

Bakı. Trend:

Ukraynada yaranmış vəziyyətlə əlaqədar bir qrup azərbaycanlı bu ölkəni tərk edərək, Moldova ərazisinə keçə bilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov bildirib ki, son 3 gündə təxminən 500 azərbaycanlı Moldova ərazisinə keçib.

"80-100 nəfərlik qrup yığılır. Səfirliklə birlikdə avtomobillər təşkil edərək onları Kişinyova gətirib, yerləşdiririk. Hazırda Moldovadakı səfirliyimiz viza problemləri ilə məşğuldur. Rumıniyadan İstanbula uçuş var. Azərbaycan vətəndaşlarının uçması üçün viza lazımdır. İşlərə davam edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti