...

Azərbaycan təmsilçisinin "Avroviziya-2022"də ifa edəcəyi mahnı seçilib (FOTO)

Cəmiyyət Materials 7 Mart 2022 00:26 (UTC +04:00)
Azərbaycan təmsilçisinin "Avroviziya-2022"də ifa edəcəyi mahnı seçilib (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Azərbaycanı "Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək Nadir Rüstəmlinin ifa edəcəyi mahnı seçilib.

Trend xəbər verir ki, bu barədə ifaçı öz "Instagram" səhifəsində bildirib.

"Ən çox sizinlə paylaşmaq istədiyim xəbəri nəhayət paylaşıram - MAHNIMIZ SEÇİLİB! Hətta onu artıq studiyada da yazmışıq!", - N. Rüstəmli bildirib.

Qeyd edək ki, "Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsi İtaliyanın Turin şəhərində keçiriləcək. Yarımfinallar mayın 10 və 12-də, final isə mayın 14-də baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti