...

Həqiqi hərbi xidmətə könüllü daxil olanlar icbari narkoloji müayinədən keçəcək

Cəmiyyət Materials 10 Mart 2022 17:16 (UTC +04:00)
Həqiqi hərbi xidmətə könüllü daxil olanlar icbari narkoloji müayinədən keçəcək

Bakı. Elçin Mehdiyev – Trend:

Həqiqi hərbi xidmətə könüllü daxil olanların və kadr zabit heyətinə könüllü daxil olanların icbari narkoloji müayinədən keçməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bununla bağlı bir sıra qanunlara dəyişiklik təklif edilir.

Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında qeyd edilib ki, “Narkoloji xidmət və nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində və “Hərbi qulluqçuların statusu haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, ”Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə” qanun layihəsində dəyişikliklər narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə hazırlanıb.

Hər iki sənəddə müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanların və kadr zabit heyətinə könüllü daxil olanların icbari narkoloji müayinədən keçməsi məsələlərinin hüquqi əsasları müəyyən olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti