...

Agentlik əlillik təyinatı ilə bağlı paytaxt sakininin şikayətinə aydınlıq gətirdi

Cəmiyyət Materials 11 Mart 2022 16:32 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Samir Əli - Trend:

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sosial şəbəkə səhifələrində Bakı şəhər sakini Əzizzadə Rəhman Həsən oğlunun əlillik təyinatı ilə bağlı şikayətinə münasibət bildirib.

Agentlikdən Trend-ə bildirilib ki, R.Əzizzadəyə hələ bu ilin yanvar ayında 3-cü qrup əlillik təyinatı aparılıb.

"Belə ki, 2022-ci ilin yanvarın 24-də o, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. Onda sağ göz almasının enukleasiyasından sonrakı vəziyyət və astenik əlamətlər müəyyən edilib. Digər orqan və ətraflarda əlillik təyinatına əsas verən patofunksional əlamətlər izlənilməyib. Həmçinin, Rəhman Əzizzadənin onunla bağlı iddia etdiyi “Beyin atrofiyası” diaqnozu Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təqdim edilən Şəhadətnamədə qeyd edilməyib.

Şəhadətnamədə qeyd edilən diaqnoz və şəxsin hazırki vəziyyəti qanunvericiliyə uyğun olaraq III dərəcə müddətsiz əlillik təyinatına əsas verir.

Bu əsasda da Rəhman Əzizzadəyə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyin edilib.

Hazırda əlillik təyinatına uyğun olaraq 11.12.2021-ci il tarxindən 300 manat məbləğində ödəniş həyata keçirilir.

Bununla yanaşı, R.Əzizzadə 8 may 2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Yaşayış kompleksindən ikiotaqlı mənzil ilə təmin olunub", - məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti