Bakı. Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və digər təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər son söz deyib. Onlar özlərini ittihamlarda təqsirli bilməyib və məhkəmədən bəraət istəyiblər.
Daha sonra məhkəmə müşavirəyə yollanıb.
Müşavirədən sonra məhkəmə hökmü elan olunub. Məhkəmənin hökmü ilə Çingiz Səfərov 3 il 6 ay, sabiq icra nümayəndəsi Rahil Babayev 2 il azadlıqdan məhrum edilib.
Hökmə əsasən, polisin nəzarəti altında verilmiş Daşqın Nəsirov 5 il 6 ay şərti cəza, ev dustaqlığında olan Eldar Mirzəyev və Zəfər Abdulova hər biri 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.
Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilən Çingiz
Səfərovun 5 il 6 ay, sabiq icra nümayəndəsi Rahil Babayevin 4 il
azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı qeyd edib ki, polisin nəzarəti altında verilmiş
Daşqın Nəsirov 6 il , ev dustaqlığında olan Eldar Mirzəyev və Zəfər
Abdulov isə 4 il 6 ay azadlıqdan məhrum edilməli məhkəmə zalında
həbs edilməlidirlər.
Qeyd edək ki, Türkan qəsəbə sakinləri Xumara Şabanova və Əzizxanım
Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla
qanunsuz satılması faktı ilə bağlı prokurorluq orqanları tərəfindən
Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun
İstintaq idarəsində cinayət işi başlanıb.
Aparılmış istintaqla fərdi qaydada torpaq alqı-satqısı ilə məşğul
olan Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirovun təhriki ilə
Xəzər RİH-nin başçısının Türkan qəsəbəsi üzrə sabiq nümayəndəsi
Rahil Babayev və bələdiyyənin sabiq sədri Mehman Ağayevin, eləcə də
ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 1 saylı
Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulovun, sabiq rəis
müavini Eldar Mirzəyevlə qabaqcadan əlbir olub öz qulluq
səlahiyyətlərindən sui-istifadə edib paytaxtın Xəzər rayonu, Türkan
qəsəbəsində dəniz sahilində yerləşən ümumilikdə 1.12 ha ölçüdə, 190
min manat dəyərində torpaq sahəsinin ayrı-ayrı şəxslərin qanunsuz
mülkiyyətinə vermələrinə əsaslı şübhələr müəyyən edilib.
İstintaq zamanı Ç.Səfərov, Qərib Nadirov və D.Nəsirov Cinayət
Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda), 320.2 (rəsmi
sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və
başqa maddələri ilə, Rahil Babayev, M.Ağayev, Z.Abdulov və
E.Mirzəyev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə
səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Təqsirləndirilən R.Babayev və Ç.Səfərov barəsində məhkəmənin qərarı
ilə həbs, D.Nəsirov barəsində həbsə alternativ olan ev dustaqlığı,
Z.Abdulov və E.Mirzəyev barəsində polisin nəzarəti altına vermə
qətimkan tədbiri seçilmiş, M.Ağayev və Qərib Nadirov isə istintaq
orqanının çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdıqlarına görə
barələrində axtarış elan edilib.
29.04.2021-ci il tarixdə cinayət işi üzrə istintaq
yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə
göndərilib.
Qeyd edilməlidir ki, axtarışa elan edilmiş M.Ağayev və Q.Nadirov
barəsində cinayət işi ayrıca icraata ayrılaraq hazırda Baş
Prokurorluğun İstintaq idarəsində istintaqı davam etdirilir.
Xatırladaq ki, Daşqın Nəsirov Xalq artisti, Milli Məclisin sabiq
deputatı Zeynəb Xanlarovanın bacısı oğludur.
Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilən Çingiz Səfərovun 5 il 6 ay, sabiq icra nümayəndəsi Rahil Babayevin 4 il azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı qeyd edib ki, polisin nəzarəti altında
verilmiş Daşqın Nəsirov 6 il , ev dustaqlığında olan Eldar Mirzəyev
və Zəfər Abdulov isə 4 il 6 ay azadlıqdan məhrum edilməli məhkəmə
zalında həbs edilməlidirlər.