...

“Google Maps” bu məlumatları yığışdırır - Bakı sakinlərinin işi çətinləşə bilər

Cəmiyyət Materials 7 Aprel 2022 20:13 (UTC +04:00)
“Google Maps” bu məlumatları yığışdırır - Bakı sakinlərinin işi çətinləşə bilər
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Google Maps”dən Bakının ictimi nəqliyyat marşrutlarına dair məlumatlandırma sisteminin yaxın günlərdə yığışdırılacağı ilə bağlı xəbər nəqliyyat sistemi üçün mənfi hallara gətirib çıxara bilər.

Bunu Trend-ə nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə sözügedən tətbiq vətəndaşlar və turistlər üçün bir sıra üstünlüklərə sahibdir.

"Elektron məlumatın olmaması ictimai nəqliyyatdan istifadə edən Bakı sakinlərinin, qonaqların və turistlərin işini xeyli çətinləşdirəcək. “Google Maps” xəritəsinin bir sıra üstünlükləri var. Dünyada müxtəlif naviqasiya proqramları mövcuddur. İnsanların şəhər küçələrində piyada, ictimai nəqliyyatla, fərdi avtomobillə və taksilərlə hərəkət eləməsi üçün belə məlumatlara ehtiyac var. Bakı Nəqliyyat Agentliyi və digər əlaqədar təşkilatlar nəinki bu işi dəstəkləməli, hətta onun təkmilləşməsi üçün çalışmalıdır", - deyə ekspert qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti