...

“Çağrı Mərkəzi 142”nin fəaliyyəti yüksək qiymətləndirilib

Cəmiyyət Materials 14 Aprel 2022 12:35 (UTC +04:00)
“Çağrı Mərkəzi 142”nin fəaliyyəti yüksək qiymətləndirilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Çağrı Mərkəzi 142"nin fəaliyyəti yüksək qiymətləndirilib. Media Təhlil Mərkəzinin bir neçə meyar üzrə həyata keçirdiyi araşdırma nəticəsində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin nəzdində fəaliyyət göstərən "Çağrı Mərkəzi 142" yüksək qiymətləndirmə balı toplayaraq ilk pillələrdə qərarlaşıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma sorğu formasında həyata keçirilib. Bir ay müddətində telefon vasitəsi ilə həyata keçirilən sorğuda çağrı mərkəzlərinin xidmət operativliyi, vətəndaşlarla danışıq səviyyəsi, suallara verilən cavablar və problemlərin həllinə obyektiv, düzgün yanaşma meyarları əsas götürülüb. Bu meyarlar nəzərə alınmaqla qurumların çağrı mərkəzlərininfəaliyyəti 10 ballıq şkala üzrə 4 səviyyədə qiymətləndirilib. "Çağrı Mərkəzi 142" bu göstərici ilə 91 qurum arasında ilk sıralarda yer alıb.

Respondentlərin cavablarında qeyd olunub ki, "Çağrı Mərkəzi 142"-də vətəndaşların suallarına ətraflı cavab verilir, problemlərin həlli üçün düzgün istiqamət verilir.

Qeyd edək ki, DOST Agentliyinin nəzdində fəaliyyət göstərən "Çağrı Mərkəzi 142" tərəfindən bu günə qədər 2,2 milyondan çox vətəndaş zəngi cavablandırılıb. Müraciətlərin 41%-i Bakı şəhərindən, 59%-i ölkəmizin digər bölgələrindən daxil olub. Hazırkı statistik göstəricilərə əsasən, vətəndaşların "Çağrı Mərkəzi 142"-dən məmnunluq səviyyəsi 92.6%-dir.

Son dövrlər "Çağrı Mərkəzi 142"-nin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində zəng edən vətəndaşların gözləmə vaxtı 48 saniyəyə endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti