...

Bu il 7000-ə yaxın şəxsə əlillik təyin edilib

Cəmiyyət Materials 20 Aprel 2022 12:05 (UTC +04:00)
Bu il 7000-ə yaxın şəxsə əlillik təyin edilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin birinci rübü ərzində 6955 şəxsə əlillik təyin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, onlardan 3037-nə ilkin, 3918-nə təkrar əlillik təyinatı aparılıb.

Qeyd edilən dövrdə əlillik təyin edilənlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,1 dəfə çoxdur.

Təyinatlar tibb müəssisələri tərəfindən “Əlillik” altsisteminə daxil edilən göndərişlər əsasında, obyektiv və şəffaf şəkildə, göndərişlərdəki diaqnozların əlillik dərəcəsi təyin edilməsinə əsas yaratması nəzərə alınmaqla həyata keçirilib.

Əillik təyin edilmiş hər bir şəxsə əlilliyə görə sosial ödənişlərin də e-sistem üzərindən proaktiv qaydada təyinatı aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti