...

Bakıda qadın sahibkarlar üçün "THE MAY FAIR by İZ" yarmarkası işə başlayıb (FOTO)

Cəmiyyət Materials 8 May 2022 13:00 (UTC +04:00)
Bakıda qadın sahibkarlar üçün "THE MAY FAIR by İZ" yarmarkası işə başlayıb (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda "THE MAY FAIR by İZ" - Azərbaycanın qadın sahibkarlarının müəllif məhsullarının yarmarkası işə başlayıb.

“İZ - İnamlı və Zərif” qadınlar icmasının rəhbəri Rəna Nəcəfzadə Trend-ə bildirib ki, yarmarkada 100-dən çox qadın sahibkar iştirak edir.

"Biz öz missiyamızı Azərbaycan qadınlarına bizneslərinin inkişafına kömək etməkdə görürük. Cəmiyyətimiz onlara özlərinə inanmağa və faydalı əlaqələr qurmağa kömək edir. Ona görə də hər bir tədbirimizin təşkili və keçirilməsi üçün bütün gücümüzü sərf edirik", - deyə RşNəcəfzadə bildirib.

Yarmarkada əl işi məhsulları, o cümlədən kuklalar, oyuncaqlar, bijuteriya, sabunlar, şamlar, məişət əşyaları, talismanlar, amuletlər və s. təqdim olunub.

Qeyd edək ki, bu, “İZ - İnamlı və Zərif” qadın icmasının təşkil etdiyi sayca dördüncü yarmarkadır.

Azərbaycanda qadın sahibkarların məhsullarının ən böyük “THE MAY FAIR by İZ” adlı yarmarkası İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Kiçik və Orta Biznes Subyektləri və Klubları Assosiasiyasının dəstəyi ilə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti