...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 13 May 2022 16:34 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 180 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 338, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 268, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 322, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 252 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 681 428, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 343 196, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 843 421, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 252 206, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 242 605 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti