...

Vəkillərin elektron sorğu göndərə bilməməsi vaxt itkisinə səbəb olur - Anar Bağırov

Cəmiyyət Materials 25 May 2022 11:19 (UTC +04:00)
Vəkillərin elektron sorğu göndərə bilməməsi vaxt itkisinə səbəb olur - Anar Bağırov
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda vəkillərin elektron sorğu göndərə bilməməsi vaxt itkisinə səbəb olur.

Trend-in məlumatına görə, bunu Vəkillər Kollegiyasının İdarə Heyətinin sədri Anar Bağırov Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına (CCBE) üzvlüyə qəbulla bağlı ictimai təqdimat zamanı deyib.

O bildirib ki, problemin aradan qaldırılması üçün ciddi vəsait tələb edilir:

"Bu gün vəkillər elektron sorğu göndərə bilmirlər. Bu bizim üçün çox böyük vaxt itkisidir. Çünki sorğu yazıb verirlər poçta, prosedur qaydası da vaxt alır.

Biz öz üzərimizə düşən vəzifələri yerinə yetiririk. Lakin bizim fəaliyyətimizə dövlət qurumları da, cəmiyyət də dəstək olmalıdır. Vəkilliyin gücləndirilməsi birinci növbədə dövlətə lazımdır. Elektron sorğu göndərilməsi bizim vaxt qazanmağımız deməkdir. Bununla bağlı mən şəxsən bir sıra aidiyyəti qurumlarla danışıqlar aparıram. Lakin bu tək bizim səlahiyyətlərimiz çərçivəsində deyil", - Kollegiya sədri deyib.

A.Bağırov bildirib ki, rayonlarda vəkillərin fəaliyyətinin yaxşılaşdırılması, sayının artırılması üçün tədbirlər görülməlidir.

"Regionlarda vətəndaşa keyfiyyətsiz hüquqi yardım göstəriləndə vətəndaş şikayət etməyə başlayır. Bu kimi halların qarşısının alınması üçün biz mütəmadi problemləri müzakirə edirik, həll yollarını axtarırıq", - A.Bağırov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti