...

Nikahların sayı azalsa da, boşanma statistikası dəyişmir - Ombudsman

Cəmiyyət Materials 31 May 2022 11:31 (UTC +04:00)
Nikahların sayı azalsa da, boşanma statistikası dəyişmir - Ombudsman
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Nikahların sayı azalsa da, boşanma ilə bağlı statistika dəyişmir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ədliyyə Nazirliyi, UNİCEF və Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən Mediasiya prosesləri zamanı ailə mübahisələrinin həllində uşaq hüquqlarının müdafiəsi məsələlərinin aktuallığı mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, nikahların sayı iki dəfə azalsa da, boşanma hallarının göstəricisi dəyişmir.

"Təəssüf hissi ilə qeyd etməliyəm ki, qeyri-rəsmi nikahların sayı da az deyil. Belə ailələrdə doğulan uşaqların taleyi isə sonradan risk altında olur. Operativ qaydada həlli vacib olan ailə münaqişələri zamanı biz bəzən rəsmi prosedurları gözləmədən Ədliyyə Nazirliyinə müraciət edirik", - S.Əliyeva deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti