...

Naxçıvanda 166 minə yaxın uşaq yaşayır

Cəmiyyət Materials 1 İyun 2022 09:46 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün muxtar respublika əhalisinin 36 faizi və ya 165 min 740 nəfəri uşaqdır. Bunlardan 1909-u sağlamlıq imkanları məhdud, 65-i hər iki valideyni vəfat etmiş və valideyn himayəsindən məhrum, 55-i şəhid uşaqlarıdır.

Trend xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib.

Muxtar respublikada uşaqların təhsili, onların sağlamlıqlarının qorunması, fiziki inkişaflarının təmin olunması ilə yanaşı, uşaq hüquqlarının qorunması istiqamətində də ardıcıl tədbirlər görülmüşdür. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmiş, uşaq hüquqlarının müdafiəsi üçün dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilmiş, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə ekspert qrupu yaradılmışdır. Ekspert qrupu tərəfindən ötən il və bu ilin müvafiq dövrü ərzində 40 uşaq müəssisəsində dövri monitorinq keçirilmişdir. Muxtarrespublikada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar da xüsusi qayğı ilə əhatə olunur, himayə və qəyyumluğa verilən müvafiq uşaqların evlərində mütəmadi olaraq monitorinqlər təşkil edilir, yaşayış şəraitləri öyrənilir, zəruri ehtiyacları üçün lazımi köməklik göstərilir. Ötən il və cari il ərzində Naxçıvan MuxtarRespublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən valideyn himayəsindən məhrum olmuş 30 uşağın yaşadığı ünvanlarda monitorinqlər keçirilmişdir. Həmçinin qeyd olunan dövr ərzində 2 uşaq övladlığa, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 24 uşaq isə qəyyumluq və ya himayəyə verilmişdir ki, hazırda muxtar respublikada 65 valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq vardır. Bu kateqoriyadan olan uşaqlara göstərilən qayğının nəticəsidir ki, 2020-2021-ci tədrisilində ümumtəhsil məktəblərini bitirmiş 2 uşaq ali məktəbə, 2 uşaq isə orta ixtisas təhsili müəssisəsinə qəbul olmuşdur. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı təşkil edilmiş, indiyədək 38 minə yaxın uşaq haqqında fərdi məlumatlar banka daxil edilmişdir. Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, cəmiyyətə fəal inteqrasiyası məqsədilə bu gün muxtar respublikada müvafiq tədbirlər həyata keçirilir.Belə ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” qəbul edilmiş, hazırda bu proqramın icrası ilə bağlı işlər görülür. Müvafiq uşaqlarla bağlı görülən tədbirlərin nəticəsidir ki, 2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin birinci siniflərində 56, ümumtəhsil məktəblərində fəaliyyət göstərən hazırlıq qruplarında 37 uşaq olmaqla, ümumilikdə, ümumtəhsil məktəblərində müvafiq kateqoriyadan olan 992 uşaq təhsil alır ki, bu da məktəbyaşlı sağlamlıq imkanı məhdud olan uşaqların 60,45 faizi deməkdir. Əlavə olaraq Distant Tədris Mərkəzində 15 uşaq olmaqla onların 3-ü birinci sinifdə, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 7, məktəbdənkənar müəssisələrin dərnəklərində 169, məktəbdənkənar müəssisələrdə təşkil olunan müxtəlif kurslarda isə 63, şahmat məktəblərində 60, idman məktəblərində 166, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində 80 sağlamlıq imkanlarıməhdud uşaq təhsil alır. Komitə tərəfindən müvafiq uşaqların əqli və fiziki potensialları nəzərə alınmaqla məktəbəqədər və ümumtəhsil müəssisələrinə cəlb edilməsi məqsədilə bu dövr ərzində 177-yə yaxın sağlamlıq imkanları məhdud uşaqların yaşadıqları evlərdə monitorinq keçirilmiş, valideynlərlə geniş maarifləndirici söhbətlər aparılmış, qanunamüvafiq izahat verilmiş, 80-ə yaxın uşaq potensialına uyğun olaraq ümumtəhsil məktəblərinə və məktəbəqədər müəssisələrə cəlb edilmişdir. Bundan əlavə, ötən il və cari il ərzində 150 uşaq müəssisəsində monitorinqlər aparılmış və 900-dən artıq sağlamlıq imkanları məhdud uşağın təhsil hüququ yoxlanılmışdır. Sağlamlıq imkanlarıməhdud uşaqların bacarıq, imkan və maraqları nəzərə alınaraq 23 uşaq peşə məktəblərinə cəlb edilmiş, ümumtəhsil məktəblərini bitirən sağlamlıq imkanları məhdud uşaqlardan 2 nəfəri orta ixtisas təhsili müəssisəsinə, 14 nəfəri isə ali təhsil müəssisələrinə qəbul olmuşdur. Sağlamlıq imkanları məhdud uşaqların istedadlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili, eləcə də cəmiyyətin ictimaimədəni həyatındakı iştirakını təmin etmək məqsədilə onlar arasında intellektual oyunlar, idman yarışları, rəsm və şeir müsabiqələri keçirilmiş, sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgi-satış təşkil olunmuşdur. Mütəmadi olaraq məktəblərdə və ictimaiyyət arasında uşaq hüquqlarının qorunması ilə əlaqədar maarifləndirmə tədbirlərinə daha da üstünlük verilmiş, görüş və seminarlar keçirilmişdir. Keçirilən tədbirlər zamanı, həmçinin uşaqlara milli-mənəvi dəyərlərimiz, vətənpərvərlik, məktəbdaxili nizamintizam qaydaları vəAzərbaycan xalqına xas olan adət-ənənələr, milli mentalitetimiz aşılanmış və müxtəlif mövzularda görüşlər təşkil edilmişdir. Muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğının nəticəsidir ki, dövlət uşaq müəssisələrində valideynləri tərəfindən tərk edilmiş, erkən nikaha və uşaq əməyinə cəlb olunmuş, təhsildən yayınan, hüquq pozan, cinayət məsuliyyətinə cəlb olunmuş uşaq yoxdur. Sabahımız olan uşaqların hüquqlarının həyata keçirilməsinə nəzarət edən dövlət orqanları bundan sonra da fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması ilə əlaqədar fəaliyyətlərini gücləndirəcək, öz üzərlərinə düşən vəzifələrin icrasını daim diqqətdə saxlayacaqdır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti