...

Azərbaycanda 6 nəfər COVID-19-a yoluxub, ölən yoxdur

Cəmiyyət Materials 3 İyun 2022 16:45 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 791 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 029 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib, aktiv xəstə sayı 49 nəfərdir.

Ölkədə son sutka ərzində 2 112, hazırkı dövrədək isə 6 903 117 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti