...

Azərbaycanda 13 nəfər koronavirusa yoluxub, ölən yoxdur

Cəmiyyət Materials 4 İyun 2022 16:36 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda bu gün koronavirus infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 040 nəfər müalicə olunaraq sağalıb, 9 713 nəfər vəfat edib, aktiv xəstə sayı 51 nəfərdir.

Ölkədə son sutka ərzində 2 302, hazırkı dövrədək isə 6 905 419 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti