...

Ağacların qurudulmasının qarşısı alınıb (FOTO)

Cəmiyyət Materials 11 İyun 2022 14:56 (UTC +04:00)
Ağacların qurudulmasının qarşısı alınıb (FOTO)

Bakı. Trend:

Buzovna-Maştağa yonundakı ticarət obyektlərin qarşısında bir neçə çoxillik şam ağaclarının bilərəkdən məhv edilməsi ilə bağlı daxıl olan məlumatla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən dərhal məsələyə operativ reaksiya verilərək həmin ünvanda araşdırma və inventarizasiya aparılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, ağacların dibindən torpar nümunələri götürülüb və laboratoriyaya analizlərə göndərilib.

Analizlərin nəticəsi kimi ağacların quruması səbəbinin xəstəlik və ya kənar müdaxilə olacağı bilinəcəkdir. Bildirilib ki, ağacların bilərəkdən qurudulması faktı aşkar edilən təqdirdə günahkarlara qarşı ciddi ölçü götürələcək.

Aparılan araşdırmalarla yanaşı həmin ərazidə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yeni ağacların əkilməsi təmin edilib, movcud ağaclara aqrotexniki qulluq göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti