...

Azərbaycanda 19 nəfər COVID-19-a yoluxub, ölən olmayıb

Cəmiyyət Materials 14 İyun 2022 16:33 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 903 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 103 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 85 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 217, bu günə qədər isə ümumilikdə 6 926 715 test icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti