...

Qalib ordunu izləmək insana ayrı zövq verir - yürüş izləyicisi

Cəmiyyət Materials 26 İyun 2022 13:06 (UTC +04:00)
Qalib ordunu izləmək insana ayrı zövq verir - yürüş izləyicisi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paytaxtın müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları keçirilib.

Yürüş izləyicisi Əliyev Vüsal Trend-ə bildirib ki, qalib ordunu izləmək insana ayrı zövq verir.

Onun sözlərinə görə, otuz il düşmən tapdağı altında qalan torpaqlarımızı azad edən Ordumuzun bayram tədbirlərini izləmək qürurvericidir.

"Qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməni məğlub etdi. Hazırda neçə illər həsrətində olduğumuz torpaqlar azaddır. Eşq olsun Azərbaycan Ordusuna",- deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti