...

Sosial sığorta ödəmələri ilə bağlı müraciətinizin nəticəsini artıq onlayn rejimdə görə bilərsiniz

Cəmiyyət Materials 2 İyul 2022 17:59 (UTC +04:00)
Sosial sığorta ödəmələri ilə bağlı müraciətinizin nəticəsini artıq onlayn rejimdə görə bilərsiniz

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi yeni elektron xidmət vasitəsilə siz bundan sonra sosial sığorta ödəmələri:

  • əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə,
  • hamiləliyə və doğuma görə,
  • uşağın 3 yaşı tamam olanadək ona qulluq etməyə görə,
  • uşağın anadan olmasına görə,
  • dəfn xərci kimi nəzərdə tutulan müavinət

ilə bağlı müraciətinizə baxılmasının nəticəsini hər hansı bir quruma müraciət etmədən artıq onlayn rejimdə öyrənə bilərsiniz.

Bunun üçün:

  • e-sosial.az portalında qeydiyyatdan keçmək üçün 5 üsuldan birini seçib portala, ordan isə şəxsi kabinetinizə daxil olursunuz;
  • Açılan növbəti səhifədə “Sosial sığorta ödəmələri” bölümünü seçirsiniz.

Bu zaman müraciətinizin nəticəsi olaraq məlumatı - müraciətin qəbul edilmə tarixi, təyin olunan müavinətin növü, məbləği, ödənişə göndərilmə tarixi və s. məlumatları görəcəksiniz.

Video linki: https://youtu.be/eXfPSLQck18

Məqalədə:
Xəbər lenti

Xəbər lenti