...

Məişət zorakılığından zərər çəkənlərin sosial dəstək üçün etimad ünvanı - yeni videoçarx

Cəmiyyət Materials 27 İyul 2022 17:05 (UTC +04:00)
Məişət zorakılığından zərər çəkənlərin sosial dəstək üçün etimad ünvanı - yeni videoçarx

Bakı. Trend:

Yaxınlarından, birgə yaşadığı şəxslərdən şiddət və zorakılıq görən insan çətin məqamında sosial dəstək üçün etimad göstərib müraciət edə biləcəyi ünvanı axtarır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində bir il əvvəl yaradılan şöbə - Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi belə şəxslər üçün etimad ünvanıdır.

Burada reabilitasiya olunan şəxslər müasir standartlara uyğun şəraitdə sosial xidmətlərlə, sosial-hüquqi və psixoloji dəstəklə əhatə olunurlar. Hazırda şöbədə 45 şəxsin reabilitasiyası işləri aparılır.

Məişət zorakılığı ilə üzləşən şəxslər Agentliyin 116 - 123 “Qayğı” Çağrı mərkəzinə zəng edərək müraciət edə bilərlər.

Sosial Xidmətlər Agentliyinin yeni videoçarxını təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti