...

ADU-da tələbə qəbulu üzrə plan yeri 98,10 faiz dolub

Cəmiyyət Materials 2 Sentyabr 2022 15:30 (UTC +04:00)

Bakı. Trend:

2022-2023-cü tədris ili üçün Azərbaycan Dillər Universitetinə (ADU) tələbə qəbulu üzrə ayrılmış 1785 plan yeri 98,10 faiz dolub.

Bu barədə universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd olunub ki, 2022/2023-cü tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlərin sənəd qəbulu 2 sentyabr tarixindən 12 sentyabr tarixinədək onlayn aparılacaq. Abituriyentlər qeyd olunan sənədlərin elektron versiyasını http://portal.edu.az üzərindən sistemə yükləməlidir.

http://portal.edu.az – da qeydiyyat etməyən şəxslər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcəkdir.\

Məqalədə:
Xəbər lenti

Xəbər lenti