...

Badamdarda yollar təmir edilir (FOTO/VİDEO)

Cəmiyyət Materials 7 Sentyabr 2022 11:14 (UTC +04:00)
Badamdarda yollar təmir edilir (FOTO/VİDEO)

Bakı. Trend:

Səbail rayonunun Badamdar qəsəbəsində Abbas Abbaszadə küçəsi ilə II massiv 3-cü küçəni birləşdirən yolda təmir işləri aparılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, 510 metr uzunluğa malik olan yolun eni ortalama 8 metrdir.

Aparılan təmir işləri artıq yekunlaşmaq üzrədir. Belə ki, təmir işləri çərçivəsində yolboyu köhnə asfalt beton örtüyü frezlənib, zəruri olan yerlərdə 230 p/m yeni bordür düzülüb.

Hazırda ərazidə yeni asfalt örtüyünün döşənməsi icra olunur.

Layihənin sonuncu mərhələsində yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi və layihə hündürlüyünə qaldırılması işləri aparılacaq, avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolcizgi və yolgöstərici xətlər çəkilməklə müasir yol infrastrukturu yaradılıb vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edək ki, cari ildə Səbail rayonu üzrə ümumi uzunluğu 5 km təşkil edən küçə və yolun təmiri nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti