...

Azərbaycanda ölüm səviyyəsi azalıb

Cəmiyyət Materials 17 Oktyabr 2022 11:18 (UTC +04:00)
Azərbaycanda ölüm səviyyəsi azalıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 8 ayı ərzində Azərbaycanda ölüm hallarının sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ölkədə 41758 ölüm halı qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,3-dən 6,2-yə düşüb.

Ölkə əhalisinin sayı ilin əvvəlindən 42274 nəfər və ya 0,4 faiz artaraq 2022-ci il sentyabr ayının 1-i vəziyyətinə 10 198 640 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti