...

Azərbaycanda 18 nəfər COVID-19-a yoluxub, vəfat edən olmayıb

Cəmiyyət Materials 17 Oktyabr 2022 20:52 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 18 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, son sutka ərzində vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 822 617 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 247 nəfər müalicə olunaraq sağalıb, 9 932 nəfər vəfat edib, aktiv xəstə sayı 438 nəfərdir.

Ölkədə son sutka ərzində 1 458, hazırkı dövrədək isə 7 290 601 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti