...

Suqovuşan su anbarına balıq körpələri buraxılıb (FOTO)

Cəmiyyət Materials 16 Noyabr 2022 12:23 (UTC +04:00)
Suqovuşan su anbarına balıq körpələri buraxılıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə 200 000 çəkikimi balıq körpəsi Tərtər rayonu ərazisində yerləşən Suqovuşan su anbarına buraxılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev Trend-ə bildirib ki, bu il işğaldan azad olunmuş ərazilərdəki təbii su hövzələrinə ümumilikdə 400 000-dən çox çəkikimi, 8000 qızılxallı forel körpəsi buraxılıb.

“Balıq ehtiyatlarının artırılması məqsədilə təbii su hövzələrinə balıq buraxılışı ilin sonunadək davam edəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti