...

Azərbaycanda daha 44 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib

Cəmiyyət Materials 17 Noyabr 2022 23:09 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 44 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 849 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 627 nəfər müalicə olunaraq sağalıb, 9 968 nəfər vəfat edib, aktiv xəstə sayı 254 nəfərdir.

Ölkədə son sutka ərzində 1 983, hazırkı dövrədək isə 7 351 681 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti