...

Urmiya gölünün qurudulması ciddi xəstəliklərə səbəb olacaq - Firudin Cəlilov

Cəmiyyət Materials 30 Noyabr 2022 12:21 (UTC +04:00)
Urmiya gölünün qurudulması ciddi xəstəliklərə səbəb olacaq - Firudin Cəlilov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Urmiya gölünün qurudulması ciddi xəstəliklərin yaranmasına səbəb olacaq.

Trend xəbər verir ki, bunu türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov Bakıda “Urmiya gölünün qurudulması” ilə bağlı keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.

O bildirib ki, göl qurudulduqdan sonra bölgədə ciddi ekoloji problem yaranacaq. “Çünki göl qurudulandan sonra onun yerində böyük duz kütləsi yaranacaq və külək bu duzu ətrafa səpələyəcək. Bu, o bölgədə ciddi ekoloji problem yaratmaqla orada yaşayan 16 milyon azərbaycanlının didərgin düşməsinə səbəb olacaq və əsas məqsəd də azərbaycanlıları didərgin salmaqla onları zəiflətməkdir”, - deyə o qeyd edib.

F.Cəlilovun sözlərinə görə, belə məlumatlar da var ki, Urmiya gölünün altında uran var və İran onu çıxarmaq istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti